İslam suallarda

Quran ayələri və hədislərdə rast gəlinən “Bəni-İsrail” sözünün mənası nədir?

“Bəni-İsrail” ərəb dilindən tərcümədə “İsrail oğulları” deməkdir. Qurani-Kərimdə Həzrət Yəqub Peyğəmbərin (ə) nəslindən olan yəhudi millətinə deyilir. “İsrail” Həzrət Yəqubun (ə) ləqəbidir, yəhudi inancına və Bibliya rəvayətinə görə, Allahla (və ya Onun mələyi ilə) güləşdiyinə görə bu ləqəbi qazanmışdır (mənasının “Allaha qalib gələn, Allahı yıxan” olduğu bildirilir; Təkvin, XXXII fəsil). Lakin İslam inancına görə, bu rəvayət tamamilə səhvdir və əslində “İsrail” sözünün mənası yəhudi dilində “Allahın bəndəsi” deməkdir.

Həzrət Yəqub Peyğəmbərin (ə) 12 oğlu vardı. Bunların adı Bibliyada xatırlanır: İuda (Yəhuda; “yəhudi” sözü də buradan törəyib), Ruvim, Simeon, Leviy, İssaxar, Zavulon, Dan, Neffalim, Qad, Asir, İosif (Yusif) və Beniamin (Bünyamin). Yəhudi milləti bu 12 oğuldan törəmiş və qollara ayrılmışdı. Sonralar İosif qolu iki hissəyə bölündü: Manassiya və Yefrem qolları. Leviy qolu isə özünü ibadətə həsr etdiyi üçün, bu qolun nümayəndələri siyasi hadisələrə və hərbi yürüşlərə qatılmırdılar; buna görə də ələ keçirilmiş yaşayış yerləri bölüşdürüləndə Levilər üçün yer ayrılmır, onlara qənimətlərdən pay verilmirdi. Həzrət Musa və Harun Peyğəmbərlər (ə) də Leviy qolundan idilər.

Daha çox göstər
Back to top button