İslam suallarda

Qəbir ziyarətinə nə zaman getmək olar və olmaz?

Qəbir ziyarətini hər zaman yerinə yetirmək olar. Günlər içində ən münasib olanları cümə axşamı və cümə günləridir. Günün vaxtları arasında isə sübh zamanı məzarlığı ziyarət etmək daha çox bəyənilir. Hətta hədislərdə buyurulur ki, sübh zamanı edilən ziyarəti məzardakı mərhumun ruhu həm eşidər, həm də ona cavab verər. (Burada cavab deyərkən dillə söylənən və qulaqla eşidilən söz nəzərdə tutulmur, mərhumun ruhunun razılığı və Allah yanında ziyarətçi üçün xeyir-dua etməsi qəsd edilir). Cümə axşamı günü günortadan sonra qəbir ziyarətinə getmək də məsləhətdir.

Rəvayətlərdə qəbir ziyarətinə gün batandan sonra və gecə saatlarında getmək müsbət qarşılanmayıb.

Daha çox göstər
Back to top button