İslam suallarda

“Haqq ilə batilin fasiləsi dörd barmaq qədərdir” kəlamının mənası nədir?

Bu hikmətli kəlam İmam Əliyə (ə) aiddir. “Nəhcül-bəlağə”nin 141-ci xütbəsində deyilir ki, o həzrət buyurdu: “Ay camaat! Hər kim öz din qardaşının etibarlılığına və əməlisalehliyinə inanırsa, onun barəsində başqasının danışdığı pis sözlərə inanmasın!.. Söz təsirsiz qalmır. Batil və yalan nəhayətdə aradan getsə də, onu danışana günah yazılır. Axı, Allah hər şeyi eşidəndir və hər şeyə şahiddir. Həqiqətən, haqla batilin fasiləsi dörd barmaqdan artıq deyil”. Sonra İmam əlinin dörd barmağını birləşdirib, gözü ilə qulağının arasına qoydu və buyurdu: “Batil odur ki, bir şey barəsində deyəsən: “Mən belə eşitmişəm”. Haqq odur ki, bir şey barəsində deyəsən: “Belə görmüşəm”.

Beləliklə, aydın olur ki, Həzrət Əli (ə) bu kəlamla bildirmək istəyib ki, qulaqla eşidilən sözlər bəzən yalan və iftira olur, gözlə görülənlər isə adətən həqiqəti əks etdirir. Ona görə insan eşitdiyinə yox, gördüyünə daha çox etibar etməlidir. Qulaqla gözün arasındakı məsafə isə həqiqətən dörd barmaq enindədir.

Daha çox göstər
Back to top button