İslam suallarda
Zeydiyyə məzhəbi nə zaman və necə yaranıb?
Dördüncü İmam Zeynülabidinin (ə) şəhadətindən (713) sonra kimin imamət məqamına layiq olması barədə çaşqınlıqlar meydana çıxdı. Şiələrin bir qismi Həzrət Mühəmməd Baqiri (ə) imam kimi tanıdı, başqa bir qrup onu passivlikdə və Əməvilərə qarşı silahlı mübarizə aparmamaqda təqsirləndirib, İmam Zeynülabidinin (ə) o biri oğlu Zeydi rəhbər qəbul etdi. Zeyd hicri 121/miladi 739-cu ildə Əməvi xəlifəsi Hişamın əleyhinə qiyam qaldırdı və xəlifə qoşunları ilə döyüşdə şəhid edildi. Zeydin şəhadətindən sonra oğlu Yəhya qiyam bayrağı qaldırsa da, uğursuzluğa düçar olub qətlə yetirildi. Zeydi və onun xələflərini imam kimi tanıyan “zeydiyyə” cərəyanı bu gün də yaşayır və əsasən, cənubi Ərəbistanda – Yəməndə daha geniş yayılıb.