Namazların niyyətində “qürbətən iləllah” yoxsa “qürbətən illəllah” deməliyik? Bu iki sözün mənası nədir?
“Qürbətən iləllah” (bir “l” ilə) ifadəsinin ərəb dilindən tərcüməsi “Allaha yaxın olaraq” deməkdir. Adətən, niyyət mənasında işlədilir. Müsəlman bütün əməllərini Allaha yaxın olmaq niyyəti ilə yerinə yetirməlidir. Burada Allaha yaxın olmaq – Ona məsafə baxımından yaxınlaşmaq mənasında deyil. Allah sabit bir məkanda durmayıb ki, kimsə Ona yaxınlaşa bilsin. Allahla bəndə arasında yalnız mənəvi yaxınlıq yarana bilər. Allaha yaxın olmaq – Onun razılığını qazanmaq, Ona əziz olmaq, Onun nəzərində uca məqama çatmaqdır. Bu yaxınlığı isə Allahın bəyəndiyi əməlləri yerinə yetirməklə, Allahın qadağan etdiyi işlərdən uzaq durmaqla əldə etmək mümkündür.
“İlləllah” (iki “l” isə) “Allahdan savayı” mənasını verir. Əsasən kəlmeyi-şəhadətdə, “la ilahə illəllah” cümləsində işlədilir, “Allahdan savayı məbud, tanrı yoxdur” mənasının verir. Müsəlmanlar bu iki kəlmənin məna fərqini nəzərə alaraq, onları qarışdırmadan, öz yerində işlətməlidirlər.