İslam suallarda

Dəstəmaz alan zaman adamın əlinə başqasının su tökməsi icazəlidirmi?

Dəstəmazın əsas şərtlərindən biri onun şəxsən, təkbaşına alınmasıdır, yəni zərurət olmadan dəstəmaz əməllərində başqası insana kömək etməməlidir (zərurət halları deyərkən, məsələn, insanın şikəst olması nəzərdə tutulur). Lakin dəstəmaza müqəddimə olan əməllərdə başqasının insana yardım etməsi maneəsizdir. Məsələn, başqası dəstəmaz üçün su qızdıra, suyu və dəsmalı gətirə bilər, bunların heç birinin problemi yoxdur. Dəstəmaz alan şəxsin əlinə su tökməyə gəlincə, bu da dəstəmazı batil etməz, amma məkruh hal kimi onun savabını azaldar. Çünki İslamın insandan tələb etdiyi əsas şəxsi əxlaqi keyfiyyətlərdən biri təvazökarlıqdır. Başqasının adamın əlinə su tökmsi xudpəsəndliyə yol açır və kənardan da qeyri-təvazökar görünür.

Daha çox göstər
Back to top button