İslam suallarda
Kompres kimi boğaza qoyulan spirt axıb paltara dəysə, paltar pak edilməlidir?
Bu sualla bağlı spirt anlayışınının hansı mənada işləndiyini aydınlaşdırmaq lazımdır. Əgər alkoqollu içki kimi içilən spirtdən (araqdan) söhbət gedirsə, ondan bu məqsəd üçün istifadə etmək arzuedilməzdir. Çünki alkoqolun içilməsi haram olduğu kimi, özü də bütünlükdə murdar sayılır və dəydiyi hər yeri murdar edir. Buna görə də alkoqoldan kompres kimi istifadə etmək düzgün deyil, çünki onun toxunduğu hər yer – həm bədən, həm də paltar – pak edilməlidir. Amma kompresi tibbi spirtlə etməyin heç bir maneçiliyi yoxdur. İçki üçün yararsız olan tibbi spirt murdar sayılmır və onun dəydiyi yeri pak etmək də lazım deyil. Tibbi spirtlə kompres etmək, iynə vurmazdan əvvəl onu bədənə sürtmək və s. prosedurlar icazəlidir.