Müsəlman şəxsin peşəkar idmanla məşğul olması icazəlidirmi?
![](/wp-content/uploads/2024/12/vidy-sporta-780x470.jpg)
İslam dini sağlamlığa və sağlam həyat tərzinə böyük əhəmiyyət verir. Müsəlman şəxs öz sağlamlığını qorumalı və bunun üçün uyğun vasitələrdən istifadə etməlidir. İdmanla məşğul olmaq – istər fərdi formada, istərsə də peşəkar səviyyədə – qadağan deyil. Amma bu zaman müəyyən şərtlər mütləq qorunmalıdır.
Bəzi idman növlərinin özü və müəyyən formaları İslam qaydalarına ziddir. Əvvəla, istənilən idman növü əgər qumar məqsədilə oynanılırsa, haramdır.
Bundan əlavə, bəzi alimlər stolüstü oyunların müəyyən növləri ilə (şahmat, loto və s.) məşğul olmağı mütləq mənada haram bilirlər (qumar niyyəti ilə olsa da, olmasa da).
İdman zamanı şəriətə uyğun geyim tərzinə riayət olunmalıdır (xüsusilə, qadın idmançılarla bağlı).
Bəzi idman növləri isə aqressiya və qarşı tərəfə ağır bədən xəsarətləri yetirmək üzərində qurulduğu üçün onlarla məşğul olmaq qadağandır. Məsələn, qaydasız döyüş növləri və s. bu qəbildəndir.
Unutmaq olmaz ki, idmanın əsas məqsədi insan sağlamlığına xidmət etmək və insan orqanizminin imkanlarını açmaqdır. Qarşı tərəfə qəsdən xəsarət yetirmək, onu şikəst etmək həm idman etikasına, həm də İslam əxlaqına tamamilə ziddir.