İslam suallarda
Otağın döşəməsi sidik və ya bənzər nəcasətlə murdar olsa, onu necə paklamaq olar?

Şəriət hökmlərində daş və kərpiclə örtülü yaxud digər bərk səthlərin pak olma qaydası izah edilib. Otaq döşəməsi də bu kateqoriyaya aiddir. Əgər döşəmənim üzərinə nəcasət dağılıbsa, ilk növbədə həmin nəcasəti ətrafa yaymadan, parça ilə yaxud başqa vasitə ilə yığmaq lazımdır. Bundan sonra həmin bulaşıq yer su ilə yuyulur. Suyu o miqdarda tökmək lazımdır ki, bulaşıq hissənin üzərindən axıb bir qədər kənara tökülsün. Kənara tökülən su hər hansı yolla – navalça vasitəsilə yaxud çuxurun içinə yönəltməklə – uzaqlaşdırılır. Əgər bu mümkün deyilsə, həmin suyu parça və ya qab vasitəsilə toplayıb kənara boşaldırlar. Bundan sonra döşəmə pak edilmiş sayılır. Suyu kənara boşaltmaq üçün istifadə olnunan parça və ya qab isə ayrıca pak edilməlidir.