İslam suallarda

Qadınlar gündəlik namazları astadan qılmalıdırlar ya uca səslə?

Cəfəri məzhəbinə görə zöhr və əsr namazları bütövlükdə, məğrib və işa namazlarının isə üçüncü və dördüncü rükətləri asta səslə qılınır. Bunun ölçüsü budur ki, qiraət zamanı adamın səsini kənardakılar eşitməsinlər. Sübh namazının hər iki rükətində, məğrib və işa namazlarının birinci və ikinci rükətlərində isə qiraət ucadan oxunur. Bunun ölçüsü budur ki, adamın yanında duran şəxs onun səsini eşitsin (nə dediyini dəqiq anlamasa da). Bu hökm kişilərə aiddir, hökmü bildiyi halda qəsdən bu qaydanı pozan kişinin namazı batil sayılır. Əhli-sünnə məzhəbində bu deyilənlər vacib yox, sünnət sayılır.

Qadınlarla başğlı hökmlərdə isə şəriətin əsas tələbi əxlaq və ictimai münasibət qaydalarını qorumaqdır. Belə ki, şəriətə görə, əgər namaz zamanı qadının səsini naməhrəm şəxsin eşitmə ehtimalı varsa, qadın bütün namazları astadan qılmalıdır. Əgər naməhrəmin eşitməsi mümkün deyilsə, qadın ya kişilərə aid hökmə uyğun davrana bilər, ya da öz istəyi ilə namazı asta səslə qılar.

Daha çox göstər
Back to top button