İslam suallarda

Ölüm mələyinin görünüşü necədir? Bəzi filmlərdə göstərildiyi kimi dəhşətli görünüşə sahibdirmi?

Ölüm mələyi deyərkən, insanlar adətən Əzrail adlı mələyi düşünürlər. Həqiqətən, bəzi dini mətnlərdə ölüm mələyinin adı bu şəkildə qeyd edilmişdir. Lakin Quran ayələrindən məlum olur ki, ölüm anında insanların canını yalnız bir mələk deyil, bir neçə mələk alır, onların başçısı isə Əzraildir.

Ümumiyyətlə, insanların ölüm anında Əzraili və ya digər ölüm mələyini görə bilməsi mübahisəli məsələdir, amma bunu təsdiq edən bəzi dini sübutlar da vardır. Yəni mələklər adətən gözlə görünməsələr də, istədikləri zaman müəyyən formalar ala bilirlər və bəzi şəkillərə düşüb can verən şəxsə görünürlər. Dini mətnlərdən məlum olur ki, ölüm anında hər kəsin ölüm mələyini fərqli formalarda görməsi mümkündür. Ömrünü gözəl şəkildə yaşamış mömin şəxslər ölüm mələyini rahatlıq verən, xoş simada görürlər və ölüm anı onlara qorxulu gəlmir. Əksinə, günahkar və kafir insanların ölüm anında isə mələk onların gözünə qorxulu formada görünür, bununla da həmin şəxslərin ölüm anı çətinlik və dəhşət içində baş verir.

Daha çox göstər
Back to top button