İslam suallarda

Təsbehlə necə istixarə etmək olar?

İstixarə – niyyətdə tutulan bir məqsədin uğurlu olub-olmayacağını qabaqcadan bilmək üçün Allahdan yardım istəmək məqsədilə həyata keçirilən əməldir. İstixarə zamanı insan Allahdan istəyir ki, həmin əməli edib-etməmək barədə ona yol göstərsin. İstixarənin nəticəsinin müsbət ya mənfi çıxmasından asılı olaraq insan iki yoldan birini seçir.

İstixarənin müxtəlif üsulları vardır, bunlardan biri olan təsbehlə istixarənin də fərqli yolları vardır. Həmin yollardan biri budur: İnsan istixarə üçün niyyətini müəyyən etdikdən sonra 100 dənəli təsbehi əlinə götürüb Fatihə və Qədr surələrini 10 dəfə oxuyur. Sonra dua kitablarında qeyd edilən və “Allahummə inni əstəxirukə li-elmikə” sözləri ilə başlayan duanı oxuyur. Daha sonra əli ilə təsbeh dənələrindən bir ovuc ayırıb onları qoşa-qoşa saymağa başlayır. Əgər axırda bir dənə qalırsa – niyyətindəki əməlin xeyirli olacağına işarədir. Əgər iki dənə qalırsa – ona işarədir ki, həmin əməli etmək məsləhət deyil.

Daha çox göstər
Back to top button