İslam suallarda

Həzrət Musa Peyğəmbərin (ə) övladı olubmu?

Yəhudilərin və xtistianların müqəddəs kitabı olan “Tövrat”da Həzrət Musa Peyğəmbərin (ə) iki oğlu olduğu yazılıb və onların adları da qeyd edilib. Bu oğulların adları Girsam və Yeliyezerdir (Tövrat, Çıxış kitabı, 2:22 və 18:3).

İslam mənbələrində Həzrət Musanın (ə) övladları və nəsli barədə konkret dəqiq məlumat yox dərəcəsindədir. Bu mövzuda alimlərin fikri də fərqlidir.

Bəziləri Qurani-Kərimin “Bəqərə” surəsinin 248-ci ayəsini sübut gətirərək, o həzrətin nəslinin mövcud olduğunu söyləmişlər: “Onun (sandığın) içində (sizin üçün) Rəbbinizdən bir arxayınlıq, rahatlıq (mənəvi bir qüvvə, səbat), həmçinin Musa və Harun nəslindən qalan şeylər (Musanın əsası, Tövratın bəzi lövhələri, bir az qüdrət halvası və s.) vardır”.

Bəzi alimlər isə bu ayədə Musanın (ə) nəsli buyurularkən elə Harunun (ə) övladlarının nəzərdə tutulduğunu iddia etmişlər. Onların fikrincə, Həzrət Harun (ə) Musa Peyğəmbərin (ə) qardaşı olduğu üçün Harunun (ə) nəsli elə Musanın (ə) da nəsli sayılır.

Daha çox göstər
Back to top button