İslam suallarda

Möhürün torpaq və sudan hazırlandığını nəzərə alaraq, onun üzərinə təyəmmüm etmək icazəlidirmi?

Doğrudur, möhür torpaq və sudan hazırlanmışdır, şiə məzhəbində namaz zamanı möhürün üzərinə səcdə etməyin icazəli olması da buna əsaslanır. Amma təyəmmüm vasitəsi kimi möhürdən istifadə etmək düzgün deyil. Çünki möhür təyəmmümün əsas şərtlərinə cavab vermir.

Birincisi, təyəmmüm zamanı əllərin içi bütövlükdə təyəmmüm edilən səthə dəyməlidir, yəni təyəmmüm edilən sıth əllərin içini tam örtməlidir. Möhürün səthinin sahəsi isə buna imkan vermir.

İkincisi, təyəmmüm edilən səthin üzəri əllərin içinə bulaşacaq tərzdə olmalıdır. Yəni ya narın torpaq və qumdan ibarət olmalı, ya da bərk səthin üzərində kifayət qədər toz-torpaq yığılmalıdır. Amma möhürün üzərinə əl sürtməklə əllərin içi toz-torpağa bulaşmır.

Bu səbəblərə görə möhürün üzərinə təyəmmüm etmək icazəli deyil.

Daha çox göstər
Back to top button