İslam suallarda

Süni saç üzərindən məsh şəkməklə dəstəmaz almaq düzgündürmü?

Əgər süni saç parik kimi istənilən vaxt çıxarıla bilən şəkildədirsə, dəstəmaz zamanı pariki çıxarmaq lazımdır. Amma əgər süni saç başın dərisinə əkilmişsə (qaynaq edilmişsə) və ya yapışdırılmışsa, bu halda məsələyə İslam alimlərinin baxışı fərqlidir.

Bəzi müctəhidlər (o cümlədən, Ayətullahül-üzma Sistani) süni saçları bədən üzvü hesab etmir və onların üzərinə məsh çəkməyi düzgün saymırlar.

Digər bəzi müctəhidlərin (o cümlədən, Ayətullahül-üzma Xameneyi) rəyinə görə, süni saçları olan şəxsin dəstəmaz zamanı başın dərisinə və ya təbii saçların dibinə məsh etməsi mümkün olmasa belə, əkilmiş süni saçların uzaqlaşdırılması çətin və mümkünsüz olduğu üçün onların üzərindən mısh çəkmək icazəli sayılır; amma bu zaman ehtiyata görə dəstəmazdan sonra təyəmmüm etmək də lazımdır.

Daha çox göstər
Back to top button