İslam suallarda

Seyidliyin bir şəxsə verilməsi və ya ondan alınması mümkündürmü?

Seyidlik nəsillə ötürülən bir xüsusiyyətdir. Həzrət Mühəmməd Peyğəmbərin (s) ulu əcdadı Haşimin nəslindən olanlara seyid deyirlər. Seyidlik ata nəsli ilə ötürülür. Seyid olan kişinin qız övladı da seyid sayılır, ama həmin qızın övladları seyid deyillər. Ona görə də guya ana tərəfdən seyidliyin həftənin bəzi günlərində (cümə günü) özünü büruza verməsi barədə xalq içində dolaşan inanc yanlışdır.

Seyidlik bir kəsə şəxsi keyfiyyətlərinə, özünün ya başqasının duasına əsasən verilməz. Bəzi fırıldaqçı şəxslər pul qazanmaq üçün onlara seyidlik verildiyini iddia edirlər. Xalq içində seyid kimi tanınmadıqları üçün onlar bu yalandan istifadə edir və seyid adı ilə pul qazanmağa çalışırlar.

Bir şəxs nə qədər mənfi xüsusiyyətlərə sahib olsa da, ondan seyidlik alınmaz. Günah, başqasının qarğışı və s. nəticəsində seyidlikdən məhrum olmaq mümkün deyil.

Seyidlik üstünlükdən əlavə, həm də bir məsuliyyətdir. Seyid adını layiqincə daşıya bilməyənlər Allah qarşısında və qiyamətdə Peyğəmbər qarşısında ağır şəkildə cavab verəcəklər.

Daha çox göstər
Back to top button