Bəzi dini mənbələrdə rast gəlinən “Əlinin müshəfi” və ya “Əlinin Quranı” nə deməkdir və hazırki Quranla fərqi varmı?

Müshəf ərəb dilində “səhifələnmiş, səhifə halında olan” deməkdir. Bu söz Qurani-Kərimin adlarından biri kimi işlədilir.
Dini kitablarda bəzən “Əlinin müshəfi” ifadəsinə rast gəlinir. Bu, Peyğəmbərin vəfatından sonra Onun vəsiyyətinə əsasən, Həzrət Əli ibn Əbi Talib (ə) tərəfindən toplanıb yığılmış Quran nüsxəsidir. Bəziləri bunun hal-hazırki Qurandan fərqli bir kitab olduğunu düşünürlər. Lakin İmam Əlinin (ə) müshəfi ilə müasir Quran arasında bircə dənə də olsa, kəlmə və ya hərf fərqi yoxdur, nə bir kəlmə azaldılıb, nə də bir hərf çoxaldılıb. Yeganə fərq – ayələrin sıra ilə düzülüşündədir. Həzrət Əli (ə) bütün ayələri Peyğəmbərə nazil olduqları ardıcıllıqla düzmüşdü. Hazırki Quranda isə surələr azalan ardıcıllıqla düzülüb, həcmcə iri surələr əvvəldə gəlir, get-gedə surələrin həcmi kiçilir. Bəzi məlumatlara görə, Əli müshəfinin haşiyələrində ayələrin təfsiri (izahı) da yazılmışdı.