İslam suallarda

Bəzi dini şeir kitablarında “çavuşi” adlanan şeirlərə rast gəlirik. Bu sözün mənası nədir?

“Çavuş” sözü dini anlamda karvan bələdçisi, karvana yol göstərən şəxs mənasında işlədilir. Müqəddəs məkanlara ziyarətə gedən adamları yaşadıqları məkandan toplayan və səfər boyunca onlara rəhbərlik edən şəxsə də çavuş deyilirdi (indiki ziyarətçilər qru­punun rəhbəri kimi). Keçmişdə çavuşlar şə­hər və kəndləri məhəllə-məhəllə gəzib, gö­zəl avazla “çavuşi” adlanan xüsusi qəsidələr oxuyurdular. Səsi eşidən ziyarətçilər də evlərindən çıxıb, çavuşa qoşulurdular. Çavuşilərin mətnində ziyarətgahın fəzilətləri sada­lanır, zəvvarlara veriləcək savab təsvir olu­nurdu. Azərbaycan klassik ədəbiyyatında bəzi şairlərin yaradıcılığında çavuşi nümunələrinə rast gəlmək mümkündür.

Daha çox göstər
Back to top button