İslam suallarda

Niyə Bəqərə surəsinin konkret ayəsinə “ayətül-kürsi” deyirlər?

Ayətül-kürsi Qurani-Kərimin Bəqərə surəsinin 255-ci ayəsinə verilən addır. Ayədə “Allahın kürsüsü” ifadəsi işədildiyi üçün, ona bu ad verilmişdir.

Əslində burada oturmaq üçün istıfadə edilən kürsüdən söhbət getmir; çünki Allah cism deyil və oturmaq üçün vasitəyə ehtiyacı yoxdur. Ayədəki “kürsü” ifadəsi Allahın qüdrət və hökmranlığının, elminin simvolu kimi işlədilib.

Ümumiyyətlə, ayətül-kürsi Allah-Taalanın böyüklüyünü, əzəmətini nümayiş etdirən, Onun bəzi sifətlərini açıqlayan ən bariz ayələrdən biridir.

Bəzən Bəqərə surəsinin 256-cı və 257-ci ayələrini də bura əlavə edir və hər üç ayəni birlikdə ayətül-kürsi adlandırırlar.

Daha çox göstər
Back to top button