İslam suallarda
Niyə fərqli ölkələrdə qılınan camaat namazlarında surələrin oxunuşundan sonra bəzən “amin” kəlməsi deyilir, bəzən isə deyilmir?

Əhli-sünnə məzhəbinə görə, namazda Fatihə surəsinin oxunuşundan sonra amin söyləmək sünnətdir.
Hənəfi məzhəbində həm namaza başçılıq edən imamın, həm də ona iqtida edən şəxsin “amin” sözünü astadan (ixfa) deməsi tövsiyə edilib.
Şafii və hənbəli məzhəblərində qiraəti ucadan oxunan rükətlərdə “amin” sözünün uca səslə, qiarəti astadan oxunan rükətlərdə isə astadan deyilməsi sünnətdir.
Maliki məzhəbində Fatihənin qiraətindən sonra amin demək məndub (müstəhəb) sayılır; imam ucadan, ona iqtida edənlər isə astadan amin deməlidirlər.
Bunlardan fərqli olaraq cəfəri məzhəbində isə namazın qiraətindən sonra amin söyləmək qəti şəkildə bəyənilmir, hətta bu əməl namazı batil etmiş sayılır.