İslam suallarda

Dini mətnlərdə adı çəkilən Yuşə kimdir?

Onun adı Bibliyada İisus Navin şəklində çəkilir. Həzrət Musa Peyğəmbərin (ə) müasiri və silahdaşı olmuşdur. Peyğəmbər olub-olmadığı barədə fərqli fikirlər vardır.

Həzrət Yuşə (ə) Yusif Peyğəmbərin (ə) oğlu Əfrayimin nəslindəndir. Rəvayətə görə, Həzrət Musa Peyğəmbər (ə) vəfat edərkən öz yerinə Həzrət Yuşəni (ə) canişin qoymuşdu.

Bacarıqlı sərkərdə, güclü döyüşçü olan Yuşə Həzrət Musadan (ə) sonra səhralarda sərgərdan qalmış İsrail oğullarını ata-baba torpaqları olan Kənan bölgəsinə gətirmişdi.

Yuşə (ə) sonralar Şamı ələ keçirdi və Bəni-İsrailin hökmdarı oldu.

Daha çox göstər
Back to top button