Nəcasətə bulaşmış paltarı su ilə neçə dəfə yumaq lazımdır ki, pak olsun?

Nəcasətə bulaşmış hər şeyi, o cümlədən paltarı pak etməzdən əvvəl onun üzərində olan nəcasəti aradan qaldırmaq lazımdır. Bunun üçün paltarı elə yumaq lazımdır ki, üzərində nəcasətin rəngi ya iyi qalmasın. Bundan sonra paltar təmiz su ilə pak edilir.
Əgər paltar sidikdən başqa hər hansı nəcasətə bulaşmışsa, onun üzərinə bir dəfə su tökmək lazımdır (su bütünlükdə paltarın hər tərəfini islatmaq şərti ilə). Sıxıb suyunu kənara tökdükdən sonra paltar pak sayılacaq.
Əgər paltar sidiyə bulaşıbsa, sidiyi yuyub təmizlədikdən sonra üzərinə su tökülür (su paltarı tam islatmaq şərti ilə). Paltarı sıxdıqdan sonra üzərinə bir dəfə də su tökülüb sıxılır. Bundan sonra paltar pak sayılır.
Qeyd edək ki, bunlar paltarı pak etmək üçün görülməsi lazım olan minimal tədbirlərdir. Paltarı bundan daha artıq dəfə də yuyub sıxmaq olar, bunun maneçiliyi yoxdur.