İslam suallarda
Bakıda məskunlaşmış məcburi köçkün Ramazan ayında Qarabağa səfər edir. Oradakı evi dağıdılıb, buna görə qohumugildə bir həftə qonaq qalır. Bu müddət ərzində oruc tutmalıdırmı?

Səfərdə olan şəxsin orucu ilə bağlı mühüm şərtlərdən ikisi məsafə və zamanla bağlıdır. Verilən sualda gedilən məsafə bunu səfər saymağa əsas verir. Amma səfərin müddəti 10 gündən azdır. Həmin şəxs öz evində deyil, başqasının evində qalır, buna görə də qonaq sayılır. Bu üzdən səfər boyunca oruc tutması düzgün deyil. O, gündəlik dördrükətli namazları da səfər boyunca iki rükət şəklində (qəsr) qılmalıdır. Bakıya qayıtdıqdan sonra (Ramazan ayı bitdikdən sonra) həmin günlərin orucunu qəza niyyəti ilə tutmalıdır.