İslam suallarda

Ramazan gününün gecəsində və ya gündüzündə adamdan yuxuda ikən məni (sperma) xaric olsa, orucu pozulurmu?

Orucun mühüm şərtlərindən biri də gündüz bədəndən sperma çıxarmamaq və sübh azanına kimi cənabətli qalmamaqdır. Bu şərtlər qəsdən pozularsa, oruc batil sayılır, təfərrüatdan asılı olaraq adamın boynuna qəza ilə yanaşı kəffarə də gəlir. Lakin bu şərtlər həmin əməllərin qəsdən edildiyi halda qüvvəyə minir.

Əgər insan Ramazan gecələrində yuxuda ikən boşalsa, sübh azanına kimi qüsl almalıdır. Buna heç cür imkanı və vaxtı yoxdursa, heç olmasa təyəmmüm etməlidir.

Əgər Ramazan ayında gündüz vaxtı özü istəmədən, qeyri-iradi olaraq (məsələn yuxuda) ondan sperma çıxsa, bu zaman orucu düzgündür.

Amma hər iki halda gündəlik namazlar üçün qüsl almalıdır.

Qüsl alan zaman burun və qulağından boğazına su keçməməsinə diqqətli olmalıdır.

Daha çox göstər
Back to top button