İslam suallarda

Uşaq və yeniyetmələr nə zamandan (neçə yaşından) etibarən Ramazan orucunu tutmağa başlamalıdırlar? Yetkinlik yaşının əlaməti hansılardır?

Bütün məzhəblərə görə, oğlanlarda ehtılam (sperma gəlməsi), qızlarda isə heyz (aybaşı) halı yarandığı zaman onlar yetkin sayilırlar. Həmçinin, şafii, maliki, hənbəli və cəfəri məzhəbləri qarnın aşağı hissəsində cod tüklərin bitməsini də həddi-büluğun əlaməti sayırlar (hənəfi məzhəbində bu şərt qəbul edilmir).

Əgər göstərilən fiziki əlamətlər görünmürsə, onda yetkinliyi yaşla hesablayırlar. Şafii və hənbəli məzhəblərinə görə, həm qız, həm də oğlan uşaqları 15 yaşından gec olmayaraq yetkinləşirlər. Maliki məzhəbində yetkinliyin son həddi 17 yaşdır. İmam Əbu Hənifə həddi-büluğun son həddini qızlar üçün 17, oğlanlar üçün 18 yaş qəbul etmişdir.

Şiə məzhəbinə görə isə yetkinliyin fiziki əlamətləri müşahidə edilmədiyi təqdirdə qız qəməri təqvimlə 9 yaşına, oğlan isə 15 yaşına çatanda yetkin sayılır. Qəməri təqvımə görə ilin uzunluğu hal-hazırda işlətdiyımiz miladi təqvimdəki ildən 10-12 gün qısadır. Ona görə də, qızlar təqribən 8 il 9 ayda, oğlanlar isə təqribən 14 il 7 ayda həddi-büluğa çatırlar.

Bu yaşdan etibarən gündəlik fərz (qəti vacib) namazlar və ramazan orucu, eləcə də sair şəriət hökmləri onların öhdəsinə düşür. Göstərilən yaş həddindən başlayaraq fərizələri yerinə yetirməyən şəxs ən azı sonralar bunları qəza niyyəti ilə mütləq icra etməlidir.

Daha çox göstər
Back to top button