İslam suallarda

Oruclu şəxs Ramazan ayının bəzi günlərində xəstəlik üzündən huşsuz yatarsa və ya müvəqqəti koma halına düşərsə, ayıldıqdan sonra həmin günlərin qəza orucunu tutması lazımdırmı?

Vacib Ramazan orucunun əsas şərtlərindən biri insanın ayıq və huşu başında olmasıdır. Əgər insan Ramazan günündə niyyət edib oruc tutsa, amma gün ərzində hər hansı səbəb üzündən huşunu itirsə və sonra gün ərzində huşu özünə qayıtsa, həmin günün orucunu, – əgər onun sağlamlığına ciddi zərər vurmursa, – axıradək tutmalıdır. Əgər orucunu pozsa, daha sonra həmin günün orucunu qəza etməlidir.

Əgər bu insan oruclu halda uzunmüddətli (bir neçə günlük) huşsuzluq ya komaya düşsə, ayıldıqdan sonra birinci günün qəzasını tutmalıdır, amma sübh azanından əvvəl huşsuzluq (koma) halında olduğu və oruc niyyəti etmədiyi sonrakı günlərin qəzası ona vacib deyil.

Əgər insan cərrahiyyə əməliyyatı və ya başqa səbəb üzündən qəsdən huşsuz qalarsa (narkoz vasitəsilə), bu halda əgər sağlamlığı üçün ciddi ziyan yoxdursa, həmin günün orucunu başa vurmalı, daha sonra qəza etməlidir. Əgər sağlamlığı üçün ciddi ziyan varsa, orucunu poza bilər, Ramazan ayından sonra həmin günün qəzasını tutmalıdır.

Daha çox göstər
Back to top button