Çərəkə nədir?

Bəzi Quran surələrinin və çox işlənən duaların toplandığı kitabçanı bu cür adlandırırlar. Keçmişdə uşaqlar mollaxanada Quran oxumağa başlamazdan əvvəl çərəkəni oxuyub qurtarardılar. Çərəkə mollaxanaların dərs proqramında ərəb əlifba­sı dərsliyinin yerini tuturdu. Bəzi məlumatla­ra görə, bu söz fars mənşəlidir və Quranın dörddə-bir hissəsi deməkdir.

Hal-hazırda çərəkə adətən, hüzr məclislərində, eləcə də, dini məişət ayinlərində oxu­nan surələrin (Ya-Sin, Rəhman, Quranın axirındakı kiçik surələr) və duaların (gündəlik namazlardan sonra oxunan dualar, Ramazan ayının duaları, Quran tapşırma, qurbanlıq, süfrə duaları, dəfn mərasiminin icra qaydası və s.) məcmusundan ibarət olur. Bütöv Qur­anı və irihəcmli dua kitablarını gəzdirmək çətin olduğu üçün, çərəkədən istifadə etmək din xadimləri arasında geniş yayılıb.

Exit mobile version