Ramazan

Bu gecə – martın 27-nə keçən gecə ehtimal edilən növbəti Qədr gecəsidir

Mübarək Ramazan ayının 27-nə keçən gecə ehtimal edilən növbəti Qədr gecəsidir. Əhli-sünnə məzhəbində üstün olan rəyə görə, Qədr gecəsinin məhz bu gecəyə təsadüf etməsi daha çox ehtimal olunur.

Quran Qədr gecəsində Peyğəmbərə (s) nazil olub. Onun konkret hansı gecə olduğu bəlli deyil. Amma Peyğəmbərdən (s) və məsum imamlardan (ə) gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21, 23-cü və ya sonrakı tək gecələrindən biridir. Bu gecələr xalq arasında “Əhya gecələri” kimi də tanınır.

Bu gün Qədr gecəsini qeyd edən müsəlmanların Allah ibadətlərini qəbul etsin!

Daha çox göstər
Back to top button