İslam suallarda

Ramazan orucunu üzürsüz yerə tutmamış və ya orucunu pozmuş şəxs kəffarə orucunu necə tutmalıdır?

Şəriətə görə, Ramazan ayı ərzində vacib orucu tutmaq hər kəsin dini vəzifəsidir, yalnız şəriətə uyğun üzürü olanlar bundan azaddırlar. Üzürsüz yerə oruc tutmayan yaxud üzürsüz yerə orucunu pozan şəxs Ramazan ayı bitdikdən həmin günlərin qəzasını tutmalıdır. Bununla yanaşı, o, hər günün əvəzinə ya 60 nəfər kasıb müsəlmanın hərəsinə 750 qram qida verməli, ya da hər günün əvəzində iki ay boyunca oruc tutmalıdır. İki aylıq orucun 1 ay və 1 günü ardıcıl, fasiləsiz olaraq tutulmalıdır. Davamlılığa riayət etmək üçün diqqət edilməlidir ki, həmin müddət Qurban bayramı gününə təsadüf etməsin (çünki Qurban bayramı günündə oruc tutmaq haramdır). İkinci ayın qalan günlərinin orucunu isə bəzi müctəhidlərin rəyinə görə fasilələrlə də tutmaq olar. Bəzi müctəhidlər isə bu zaman camaatın gözündə həqiqi üzür sayılan bir hal baş verməsə, orucun ardıcıllığını pozmağı məsləhət bilmirlər.

Daha çox göstər
Back to top button