Yunisiyyə zikri nədir?

Həzrət Yunis Peyğəmbərin (ə) balığın qarnında etdiyi dua “Yunisiyyə zikri” adlanır. Bu dua Qurani-Kərimdə Ənbiya surəsinin 87-ci ayəsində mövcuddur. Bütün məşhur ariflər Yunisiyyə zikrinə böyük əhəmiyyət vermiş və öz tələbələrinə də bu zikri oxumağı məsləhət görmüşlər.
Xüsusilə, işa namazından sonra səcdə halında bu zikri təkrar-təkrar söyləməyin çox savabı var.
Yunisiyyə zikri günahların bağışlanması, qəm-qüssənin aradan getməsi, qəlbin rahatlanması üçün çox faydalıdır. Hətta övladsızlıqdan əziyyət çəkən bir nəfərə İmam Cəfər Sadiq (ə) Yunisiyyə zikrinin xatırlandığı ayəni (Ənbiya, 87) və ondan sonrakı üç ayəni oxumağı məsləhət görmüşdü (əl-Kafi, 6-cı cild, səh. 10). İmam Hüseynə (ə) mənsub olan məşhur Ərəfə duasında da Allaha ünvanlanmış xitabların içində Yunisiyyə zikrinə rast gəlirik.