İslam suallarda

İbadətlərin niyyətindəki qürbət qəsdinin mənası nədir?

Ərəb dilində “qürbət” yaxınlıq deməkdir. Burada bəndənin Allah-Taalaya mənəvi yaxınlaşmasından söhbət gedir. Allah cisim olmadığı üçün, təbii ki, ona maddi mənada yaxınlaşmaq mümkün deyil. Əməllərin niyyətində deyilən “qürbətən iləllah”, yəni “Allaha yaxınlıq üçün” ifadəsinin mənası budur ki, bəndə Allahın əmrini yerinə yetirmək, Onun razılığını qazanmaq, Onun sevimli bəndəsi olmaq niyyəti ilə bu əməli edir. Çünki bəndə Allaha o zaman yaxınlaşar ki, Onun əmr və qadağanlarına riayət etsin. Bunlara daha dəqiq əməl edən adam Allaha daha yaxın olur. Qürbət qəsdi bütün əməllərin niyyətinin əsasında durur, Allaha yaxın olmaq niyyəti etmədən heç bir ibadət düzgün sayılmaz və qəbul olmaz.

Daha çox göstər
Back to top button