İslam suallarda

Bəzi şəriət hökmlərində rast gəlinən misqal ölçü vahidi nə qədərdir?

Digər qədim ölçü vahidləri kimi, misqalın da çəkisi müxtəlif zamanlarda və müxtəlif ölkələrdə fərqli olub. Dini hökmlərdə adətən “şəri misqal”, yəni şəriət misqalı və “seyrəfi misqal”, yəni alış-verişdə istifadə edilən adi misqal terminləri işlədilir. 4 şəri misqal 3 seyrəfi misqala bərabərdir. Şəriət misqalının çəkisi orta hesabla 3.5 qram həddindədir. Risalələrdə zəkatın nisabını (həddini) təyin etmək və qətl, xəsarət halları zamanı ödənilən cərimələri (diyə) hesablamaq üçün adətən seyrəfi misqalla ölçü göstərilir. Bir seyrəfi misqal müasir çəki sistemi ilə təxminən 4.64 qrama bərabərdir. Diyə ödənişi zamanı misqal gümüşə görə hesablanır, əlbəttə, bunu qızılla da hesablamaq olar.

Daha çox göstər
Back to top button