İslam suallarda

Mərhum şəxsin ruhuna Quran oxuduqdan sonra mütləq Quran tapşırma ayinini yerinə yetirmək lazımdırmı?

Ənənəvi İslam inancına görə, hər kəs Quran oxuyub savabını mərhum şəxsin ruhuna hədiyyə edə bilər. İnsan öldükdən sonra savab işlər etmək imkanından məhrum olduğuna görə, diri insanların hədiyyələrinə möhtacdırlar. Mərhum şəxsin ruhuna hədiyyə Quran oxuyarkən niyyətin olması əsasdır. Yəni insan Quran oxumağa başalayarkın və oxuduğu müddətdə bunun savabını filan mərhuma hədiyyə etdiyini düşünməlidir. Bütöv Quranın oxunub xətm edilməsi vacib deyil (savabı çox olsa da), insan öz istəyinə, vaxtına və imkanına uyğun olaraq Qurandan bir hissə də oxuya bilər. Ənənəyə əsasən Quran oxunuşundan sonra tilavət adlı şeir şəklində dua və ondan sonra tapşırma duası oxunur. Bunların savabı çox olsa da, oxunması vacib deyil. Tilavət və tapşırma duasını oxuya bilməyənlər və ya oxumağa vaxtı olmayanlar sadəcə oxuduqları surə və ayələri filankəsin ruhuna hədiyyə etdiklərini niyyət edə bilərlər.

Daha çox göstər
Back to top button