İslam suallarda

Nəcəfdəki Vadiyüs-salam qəbristanlığında dəfn olunmağın həqiqətən savabı varmı?

Nəcəf şəhərində, İmam Əlinin (ə) mübarək məqbərəsinin şimal tərəfində yerləşən Vadiyüs-salam məzarlığı ən məşhur qəbristanlıqlardan sayılır. Hazırda sahəsi 600 hektardan artıqdır və burada 6 milyondan artıq məzar olduğu ehtimal edilir. Bu göstəricilərə görə Vadiyüs-salam dünyada ən böyük məzarlıq sayılır. Hələ qədimlərdən burada dəfnlər həyata keçirilirdi. Hədislərə əsasən, bəzi peyğəmbərlərin, o cümlədən Hud (ə) və Saleh Peyğəmbərlərin (ə) qəbri də burada yerləşir, hazırda da bu məqbərələr ziyarət olunur. Şiə dünyasında Vadiyüs-salamda dəfn olunmaq böyük savab hesab olunur. Ənənə üzrə təkcə İraqdan deyil, dünyanın müxtəlif ölkələrindən bura cənazələr gətirilib torpağa tapşırılır. Azərbaycandan da vaxtilə cənazələr Vadiyüs-salama aparılırdı. Dindar şəxslər Vadiyüs-salamda dəfn edilməyi vəsiyyət edirdilər, onların vəfatından sonra imkan yaranan kimi bu vəsiyyət yerinə yetirilirdi.

Daha çox göstər
Back to top button