İslam suallarda
Ərəfə günü hansı gündür?

Hicri təqvimlə zilhiccə ayının 9-cu gününə ərəfə günü deyilir. Hacılar həmin gün Məkkə kənarındakı Ərəfat çölündə olduqları üçün həmin günə bu ad verilib. Ərəfə günü İslamda mübarək günlərdən sayılır. Bu günün gecəsini namaz və dua ilə keçirmək, gündüz isə oruc tutmaq savabdır. İslam müqəddəsləri ərəfə günü oruc tutan şəxsin iki illik günahlarının bağışlanacağını buyurmuşlar. Ərəfə günü İmam Hüseynin (ə) dilindən rəvayət edilən “Ərəfə duası”nı oxumağın da böyük savabı var. Həmin duanı vaxtilə İmam Hüseyn (ə) həcc ziyarəti zamanı, ərəfə günündə Ərəfat çölündə oxumuşdu.