İslam suallarda
Qurani-Kərimin ən qısa və uzun ayəsi hansılardır?

“Ayə” (ayət) sözünün ərəb dilindən tərcüməsi əlamət, işarə, möcüzə, ibrət deməkdir. Allah-Taalanın yaratdığı hər şey Onun qüdrətini göstərdiyi üçün ayət sayılır. Bu mənada yer-göy, təbii nemətlər, birkilər və heyvanat aləmi, o cümlədən, insan da Allahın ayətləridir. Eyni zamanda, Qurani-Kərimdəki surələrin təşkil olunduğu cümlələrdən hər birinə də ayə deyilir.
Quran ayələri uzunluğuna görə çox fərqlidir. Adətən ayələrdə bitmiş bir fikir ifadə olunur və ayə bir neçə sözdən ibarət olur. Bununla belə Quranın ən qısa ayəsi bir sözdən ibarətdir. “Yamyaşıl iki cənnət bağçası” mənasını verən “müdhammətan” kəlməsi (Rəhman, 64) müstəqil ayə hesab olunur. Ən uzun ayə isə Quranın bir səhifəsi həcmindədir (Bəqərə, 282).