İslam suallarda
Dəstəmaz zamanı ayaqlara məsh çəkərkən ayaqlar mütləq yerdə olmalıdırmı?

Dəstəmazın vacib əməllərinin sonuncusu ayaqların üzərinə əldəki rütubətlə məsh çəkməkdir. Məshin əsas şərtlərindən biri budur ki, gərək ayaqlar hərəkətsiz vəziyyətdə olsun. Əgər insan əlini hərəkətsiz saxlasa, ayağını tərpədərək ovcuna sürtsə, düzgün sayılmaz. Məsh çəkərkən ayaqları hərəkətsiz vəziyyətdə saxlamaq, ovucu ayağın üzünə sürtmək lazımdır. Bu zaman ayağın yer səthinə qoyulması da mütləq şərt deyil. Məsh zamanı rahatlıq naminə ayaqları bir qədər hündür yerə, məsələn səkinin üstünə qoymaq olar. Hətta ayaq üstə və ya oturmuş halda bir ayağı o birinin üzərinə qoyaraq da məsh çəkmək olar. Amma ayağı yuxarı qaldıraraq havada saxlamaq və məsh çəkmək düzgün sayılmır.