İslam suallarda

Hansı hədis mütəvatir adlanır?

Hədisçilik elmi baxımından hədislərin müxtəlif növləri vardır. Hədislərin bu növləri mütəxəssislər tərəfindən dəqiq şəkildə araşdırılır. Hər bir hədis öz növündən asılı olaraq dini hökmlərin əsaslandırılmasında fərqli şəkildə dəyərləndirilə bilər. Əgər eyni məzmunlu hədis müxtəlif əsrlərdə çoxlu sayda ravilər tərəfindən rəva­yət edilmişsə, buna mütəvatir hədis deyilir. Mütəvatir hədis çox etibarlı sayılır. Çünki hər dövrdə yaşamış çoxlu sayda ravilərin hamısının səhv etməsi və ya yalançı olması qeyri-mümkündür. Hədislər həm ləfzi (söz baxımından), həm də mənəvi (məna sarıdan) mütəvatir ola bilər. Birinci halda hədisin mətni eyni formada təkrar edilir. İkinci halda isə məzmununa xələl gətirilmədən fərqli şə­killərdə rəvayət olunur.

Daha çox göstər
Back to top button