İslam suallarda

Quranı rəhmətə getmiş bir neçə nəfər üçün oxumaq olarmı?

Rəhmətə getmiş şəxs üçün Quran oxumaq icazəlidir, bəzi radikal cərəyanların iddia etdiyi kimi bu iş dini baxımdan qadağan deyil. İnsan vəfat etdikdən sonra əməl dəftəri bağlanır, artıq onun özünün heç bir savab qazanmaq imkanı olmur. Onun yaxın adamları Quran oxuyub və ya oxutdurub savabını ona hədiyyə edə bilərlər. Bu zaman bütöv Quranı yalnız bir nəfərin ruhuna hədiyyə etmək vacib deyil. İnsan Quran oxuyarkən niyyət edə bilər ki, bir neçə nəfər mərhum üçün oxuyur. Amma bu şərt insanın könüllü şəkildə, muzd almadan Quran oxmasına aiddir. Əgər kimsə başqasına pul verib öz yaxın mərhumu üçün Quran oxumasını tapşırırsa, bu zaman başqa bir şəxsi ona şərik etməyi şərt qoymursa, Quran oxuyan adam buna əməl etməlidir. Bu halda eyni Quranı bir neçə nəfərin ruhuna hədiyyə etmək, sifariş edən şəxsdən icazə almadan düzgün deyil.

Daha çox göstər
Back to top button