İslam suallarda

Bəzi dini kitablarda xristianları “nəsrani” adlandırırlar. Bu ikisinin arasında fərq varmı? Nəsranilər kimdir?

Nəsrani İslam mənbələrində xristianlara verilən addır. İstər Qurani-Kərimin ayələrində, istərsə də məsumların hədislərində xristianlar, yəni Həzrət İsanın (ə) ümməti bu adla xatırlanır. Xristian və nəsrani arasında fərq yoxdur, biri klassik termin, digəri müasir və qərbə məxsus addır. Nəsrani sözünün mənşəyini bu cür izah edirlər: Həzrət İsa Peyğəmbər (ə) o zamanlar Roma imperiyasının əyaləti sayılan Qalileya vilayətindəki Nazaret (Nasirə) şəhərində doğulduğu üçün xristian dinində də ona “Nazaretli İisus” deyirlər. “Nəsrani” kəlməsi də “nazaretlinin (yəni İsanın) tərəfdarı, nazaretliyə inanan” sözünün ərəbləşdirilmiş variantıdır. Cəm halda “nəsara” şəklində işlədilir.

Daha çox göstər
Back to top button