İslam suallarda

Cənazəni dəfnə aparanda qəbrə endirməzdən əvvəl niyə 3 dəfə yerə qoyub-götürürlər?

Əvvəla, qeyd edək ki, bu əməl dəfnin vacib hökmlərindən deyil, müstəhəb əməldir. Yəni bunu etməmək nə ölüyə, nə də onu dəfn edənlərə günah gətirməz, amma etsələr, ölünün qəbrdə keçirdiyi ilk günə müəyyən asanlıq gətirər. Cənazəni qəbrə endirməzdən əvvəl 3 dəfə yerə qoyub-götürməyin səbəbi barədə bunu deyirlər ki, cənazə qəbrdən qorxmasın və ona öyrəşsin deyə, fasilə verərək qəbrə aparırlar. Bu yolla mərhumun ruhunun qəbir qorxusu nisbətən azalır. Başqa bir səbəbi bununla əlaqələndirirlər ki, mərhumun yaxınlarının ondan birdəfəlik, kəskin şəkildə ayrılması yaxş deyil, ona görə bu yolla sanki cənazənin dəfnini yubadır, ondan ayrılmaq istəmədiklərini göstərirlər. Bir çox şəriət əməlləri kimi bu əməlin də dəqiq və mütləq səbəbi insanlara naməlum qala bilər, deyilən səbəblərin ehtimal olması mümkündür.

Daha çox göstər
Back to top button