Bir nəfər internetdə başqasının oxuduğu Yasin surəsini dinləyir, axırda niyyət edir ki, bu Yasini öz mərhum qohumum filankəsin ruhuna hədiyyə edirəm. Bu əməl düzgündürmü?

Quran ayələrini və surələrini oxuyub, savabını ölünün ruhuna hədiyyə etmək dini baxımdan tam icazəli hərəkətdir. Bəzi radikal cərəyanlar buna qarşı çıxsa da, onların etirazının heç bir tutarlı əsası yoxdur. İnsan dünyasını dəyişdikdən onra onun əməl dəftəri bağlanır və özü savab qazanmaq imkanından məhrum olur. Amma bu dünyada yaşayanlar xeyir əməl edib savabını ölünün ruhuna bağışlaya bilərlər, bu zaman ölünün ruhu əziyyət və qorxudan müvəqqəti də olsa xilas olur və bərzəx aləminə məxsus olan bəzi üstünlüklər qazanır.
Lakin insan ölünün ruhuna hədiyyə edərkən buna haqqı çatan əməli niyyət etməlidir. Yəni insan özü Qiranı oxuyub savab qazanmalıdır ki, bu savabı başqasına ötürməyə haqqı olsun. Qazanmadığı bir savabı kiməsə hədiyyə etmək məntiqdən uzaq hərəkətdir.
Özgə bir adamın oxuduğu Quran surələrinin savabını onun razılığı olmadan mənimsəyib kiməsə hədiyyə etmək qeyri-məntiqidir.