İslam suallarda

Kəlmeyi-şəhadətlə kəlmeyi-teyyibənin nə fərqi var?

Bu iki anlayış bir-birinə çox yaxındır. Kəlmeyi-şəhadət, adından da göründüyü kimi, insanın öz əqidəsinə şahidlik etməsini bildirir. Kəlmeyi-şəhadət cümlələri “əşhədu ən (ənnə)” ifadəsi ilə başlayır, mənası “şahidlik (etiraf) edirəm ki” deməkdir. Bu cümlələrlə müsəlman öz düzgün əqidəsini bəyan etmiş və özünün müsəlman olduğunu bildirmiş olur. Bu cümlələri söyləmiş şəxs müsəlman sayılır, müsəlmanlara aid olan bütün hüquq və vəzifələr ona şamil olur.

Kəlmeyi-şəhadət cümlələrinin əvvəlindəki “əşhədu ən (ənnə)” ifadəsi olmayan formasına isə çox zaman kəlmeyi-teyyibə, yəni pak sözlər deyirlər. Quranda da bu ifadə Fatir surəsinin 10-cu ayəsində işlədilib. Təfsir alimləri həmin ayədəki “əl-kəlimut-teyyib” (pak söz) ifadəsini sağlam inanc, İslam əqidəsi, tövhid, Allaha həmd-səna, Allahı zikr etmək kimi mənalandırırlar.

Daha çox göstər
Back to top button