Qadının qaşına tük əkdirməsi və ya tatu (döymə) etdirməsi icazəlidirmi?

İslam dini cinslər arasındakı hədlərə riayət etməyə, naməhrəm-məhrəm münasibətlərini ciddi şəkildə qorumağa diqqət yetirir. Hər hansı əməl qarşı cinsi təhrik etməyə, özünü naməhrəmin qarşısında daha yaraşıqlı göstərməyə xidmət edərsə, haramdır və bunu edənə günah gətirir. Əgər qadının öz qaşına tatu (döymə) etdirməsi günün dəbi ilə ayaqlaşmaq, özünü daha yaraşıqlı göstərmək və naməhrəmlərin diqqətini cəlb etmək üçün edilirsə, bu günah sayılır. Qadın hətta bunu etsə belə, qaşlarını naməhrəmdən gizlətməlidir.
Bununla belə, dinimiz müəyyən fiziki və zahiri nöqsanı olan, buna görə cəmiyyət işində kompleks yaşayan insanlara da öz nöqsanlarını aradan qaldırmaq imkanı verir. Əgər qadının qaşları tökülübsə və cəmiyyət içində bu cür görünmək ona narahatlıq törədirsə, normal yolla qaşına tük əkdirə bilər. Bu halda qaşlarını adi vəziyyətə gətirməklə kifayətlənsə, günaha yol vermiş olmaz. Göründüyü kimi, hər bir əməl niyyətə və məqsədə bağlıdır.