İslam suallarda

Nəzir kimə verilməlidir? Ailə üzvünə nəzir vermək olarmı?

Nəzir – insanın ürəyində tutduğu niyyət həyata keçdiyi zaman hər hansı əmlakı və ya pulu vermək barədə Allah qarşısında əhd bağlamasıdır. İnsan nəziri kimə verməyi niyyət edibsə, ona təqdim etməlidir. Əgər konkret olaraq hər hansı şəxs və ya ziyarətgah, pir nəzərdə tutulubsa, ora təqdim edilməsi lazımdır. Ziyarətgah və pirlər də yığılan nəzirləri kasıblara paylayırlar. Əgər konkret kimisə nəzərdə tutmadan, fəqirə (ehtiyacı olan kasıba) nəzir verəcəyini niyyət edibsə, bu halda həmin şərtə cavab verən, həqiqətən fəqir olan şəxsə nəziri çatdırmalıdır. İnsanın ailə üzvünün dolanışığı onun özünün öhdəsində olduğu üçün nəziri ailə üzvünə vermək düzgün deyil. Amma fəqirlər içində öz qohumlarına, qonşularına üstünlük verməsi, öz əhatəsində olan, tanıdığı şəxslərdən başlaması məsləhətdir. Əgər tanıdığı yaxın fəqir yoxdursa, onda uzaq dairəyə də çıxa bilər.

Daha çox göstər
Back to top button