İslam suallarda

Cənabətli şəxs hansı əməlləri edə bilməz?

Boynuna cənabət qüslü (cinsi münasibətlə əlaqəli qüsl) gələn şəxsin bəzi əməlləri etməsi haram (qadağan), bəzi əməlləri etməsi isə məkruhdur (bəyənilməzdir).

Qüsl alana kimi cənabətli şəxsin öz bədənini Quran yazısına və müqəddəs adlara (Allahın, peyğəmbərlərin və imamların adları yazılmış yerlərə) toxundurması haramdır. Cənabətli şəxs məscidlərə, imamların müqəddəs hərəmlərinə daxil ola bilməz. Quranda vacib səcdəsi olan ayələri oxumaq da cənabətli çəxsə haramdır.

Məkruh (bəyənilməyən) əməllərə gəlincə, bunlara aşağıdakılar aiddir: Qurani-Kərimdən yeddi ayədən artıq oxumaq, cənabətli halda yeyib-içmək və yatmaq (dəstəmaz almaqla məkruhluq aradan qalxar), Quranın cildinə toxunmaq, onu əlinə götürmək, saç-saqqala həna, rəng yaxmaq və s.

Daha çox göstər
Back to top button