Dəstəmazın vacib əməllərindən biri də saça məsh çəkmək, yəni üzü və qolları yuduqdan sonra qalan rütubətlə əli saçlara sürtməkdir. Məshin sağ əllə və təpədən alına tərəf, azı üç barmaq enində çəkilməsi lazımdır. Əgər insanın saçları qısa və sıxdırsa, bu halda suyu başın dərisinə çatdırmaq lazım deyil, saçın üzərinə də məsh çəkmək olar. Amma əgər adamın saçları o qədər uzundursa ki, onları darayanda sifətinə tökülür və ya başının qalan hissələrinə çatır, bu halda saçların dibini islatmaq lazımdır. Beləliklə, qadınlar dəstəmaz almazdan qabaq saçlarını ortadan tağ ayırıb həmin hissəyə məsh çəkməlidirlər. Eləcə də, insanın başı dazdırsa və saçlarını yana daramaqla dazlığını örtürsə, bu halda da saçların dibini islatmaq lazım gələcək.
Dəstəmaz zamanı saçın üzərinə məsh çəkmək olar, yoxsa saçın dibinə (başın dərisinə) məsh çəkilməlidir?
