İslam suallarda

Can verən və rəhmətə getmiş şəxsi evdə hansı vəziyyətdə yerləşdirmək lazımdır?

Şəriətimiz can verən, eləcə də dünyasını dəyişmiş şəxslə bağlı hökmləri ətraflı şəkildə bəyan edib. Bu hökmlərin bəziləri vacib, bəziləri müstəhəbdir (bəyəniləndir).

Yaxşı olar ki, ölüm ayağında olan, can verən adamı üzü qibləyə sarı uzatsınlar, yəni onun yatağını elə salsınlar ki, ayaqlarının altı qibləyə sarı uzansın. İslamda qiblə müqəddəs məkan sayılır, bəzi əməlləri edən zaman üzü qibləyə sarı durmaq, əksinə, bəzi vaxtlar isə üzü qibləyə sarı olmamaq məsləhət bilinir. İnsanın can verməsinin asan keçməsi üçün onun üzü qibləyə sarı uzanması məsləhətdir.

İnsan dünyasını dəyişdikdən sonra da cənazə qüsl və kəfən üçün evdən çıxarılana kimi bu vəziyyətdə qalmalıdır. Qüsl və kəfən edildikdən sonra isə cənazəni meyit namazı qılınan zaman qoyulduğu şəkildə yerləşdirmək yaxşıdır. Yəni cənazəni otaqda elə qoyurlar ki, onun baş tərəfi üzü qibləyə sarı duran adamın sağında qalsın. Bu, cənazənin dəfn mərasiminə hazırlanması məqsədini daşıyır.

Daha çox göstər
Back to top button