Qeyri-islami dinlərdə 19 ədədi hansı yerə malikdir?

XIX əsrin birinci yarısında yaradılmış və İslam tərəfindən batil sayılan babilik dinində 19 ədədi xüsusi yerə malikdir. Belə ki, babilər “vücud” kəlməsini Allahın əsas atributu hesab edirlər, bu sözü təşkil edən hərflərin əbcəd hesabı ilə cəmi 19-a bərabərdir. Babilər orucu 30 gündən 19 günə kimi qısaltmışdılar. Onlar savab heca6 etdikləri əməlləri 19 dəfə təkrar edirdilər. Babilər ili 19 aya, ayi 19 günə bölərək, özlərinə məxsus təqvim duzəltmişdilər. Babilikdə günah etmiş şəxsin cəriməsi 19 misqal qızıldır. Hər kəs öz varisi üçün üzərində Allahın adları həkk olunmuş 19 üzük irs qoymalıdır. Babilərin fikrincə ev əşyalarını hər 19 ildə təzələmək lazımdır. Babilikdə kişi qadına talaq verdikdən sonra 19 dəfə onun yanına qayıda bilər. Babiliyin banisi olan Seyid ƏliMəhəmməd Babın yazdığı “Bəyan” kitabından 19-dan az ayə oxumaq olmaz.






