Övlad atanın, qadın ərinin cibindən gizlicə, ona demədən pul götürüb xərcləyə bilərmi?

İslam dini hər kəsin hüquqlarının başqası tərəfindən qorunmasını qətiyyətlə müdafiə edir, heç kimin icazəsiz şəkildə baqşasının cibindən pul yaxud başqa bir şey götürməsinə, onun şəxsi əşyalarına razılıq olmadan toxunmasına icazə vermir. Ailə qarşılıqlı inam və hörmət əsasında qurulmalı və yaşamalıdır. Ailə üzvləri bir-birinə etimad və hörmət göstərməlidirlər.

Atanın (ailə başçısının) vəzifəsi öhdəsində olan ailə üzvlərinin zəruri dolanışığını təmin etməkdir. Əgər bunu etməzsə günah qazanır, ailə üzvlərinin haqqına girmiş olur və Allah qarşısında da cavabdehdir. Əlbəttə, bu zaman ailə başçısının fiziki və maliyyə imkanları, bacarığı da nəzərə alınmalı, onun üzərinə bacardığından artıq yük qoyulmamalıdır. Bununla belə, ailə üzvləri də onun etimadından sui-istifadə edərək cibindən icazəsiz nəsə götürə bilməzlər. Bunlar ailədaxili münasibətlər çərçivəsində nizamlanmalıdır.

Exit mobile version